Amburan Mall fəaliyyətini qismən bərpa edir!
Dəyərli qonaqlar!
Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkəmizdəki mövud vəziyyətlə bağlı qəbul etdiyi son qərarlara əsasən Amburan Mall-un fəaliyyətini qismən bərpa etdiyini diqqətinizə çatdırmaq istəyirik.
Ticarət mərkəzi ərazisindəki mağazalar bu gündən etibarən qapılarını hər birinizə açmışdır. Kafe və restoranlardan isə çatdırılma və yerində götürmə - “take away” xidməti ilə istifadə edə biləcəksiniz.
Həmçinin, bunu da vurğulamaq istəyirik ki, Amburan Mall ərazisindəki əyləncə mərkəzləri – Amburan Kids və Cinema Plus Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına qədər fəaliyyət göstərməyəcək.